Bakı şəhər sakinindən bir kiloqramdan çox heroin götürülüb

16:15 30.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 30 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.