Bakıda 12 yaşlı velosiped sürən azyaşlını maşın vurub öldürdü

11:10 04.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda azyaşlını avtomobil vurub öldürüb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.