Bakıda 29 yaşlı oğlanı bıçaqlayıb qaçan qadın tutuldu

11:21 07.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gənc oğlanı bıçaqlayıb qaçan qadın saxlanılıb.

Hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Rayonun Binə qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Xalid İsmayılov Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın X.İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.