Bakıda açıq ərazi yanır - YENİLƏNİB-VİDEO

15:25 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.