Bakıda ana və 14 yaşlı qızı bıçaqlanıb

09:55 02.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda kişi sevgilisi və onun 14 yaşlı qızını bıçaqlayıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə fevralın 2-də saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

 

 

 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.