Bakıda dənizdə 1 nəfər batıb

22:39 20.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.