Bakıda əsas magistral yollarda sürət azaldıldı

12:00 14.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumatda bildirilir ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.