Bakıda iki avtomobil toqquşdu

11:20 10.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, qəza Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “KİA” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “KİA” idarəetməni itirərək yolun kənarındakı səddə çırpılıb. Hadisə yerinə Dövlət Yol Patrul Xidməti əməkdaşları cəlb olunublar.