Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat başladı, saxlanılanlar var

14:18 18.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilb. Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hafta.az-a bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.