Bakıda küçədə tapança tapıldı

11:10 05.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda küçədə tapança aşkarlanıb.

Hafta.az xəbər verir ki, hadisə sentyabrın 4-ü gecə saatlarında paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən selofan paketə bükülmüş TT markalı tapança və boş darağı aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.