Bakıda restoranın kassası qarət edildi

11:25 22.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda restoranda oğurluq hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Naməlum şəxs rayon ərazisində fəaliyyət göstərən restoranlardan birinin kassasından 200 manat oğurlayıb.

Binəqədi raton Polis İdarəsinin 7-ci polis bölməsi əməkjdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.