Bakıda rusiyalı muzdlu döyüşçünün məhkəməsi başlayır

13:14 11.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfindən Qarabağda muzdla döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.


Hafta.az
 xəbər verir ki, proses iyunun 23-ü saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq. 

Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açşlıb.