Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli daş sexinin içərisində 10 m² sahədə rezin qəliblər və 1 ədəd dəzgah qismən yanıb. Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.