Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

13:42 14.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.