Bakıda yanğın olub, xəsarət alan var

15:54 18.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın olub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.