Baş prokuror Səudiyyə Ərəbistanına getdi

12:29 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.

Bu barədə hafta.az-a Baş Prokurorluqdan məlumat verilib.

Öncə nümayəndə heyəti ölkəmizin Ər-Riyaddakı səfirliyinə gələrək ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib.

Baş Prokurorluqda keçirilmiş görüşdə Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Əl Müacib azərbaycanlı həmkarını səmimi salamlayaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Ötən ilin may ayında ölkəmizdə səfərdə olarkən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbulunu və Şuşaya səfərini ehtiramla xatırladığını qeyd edib.

Şeyx Əl Müacib 27 yanvar tarixində ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, həlak olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Oxunma sayı 84
Siyasət rubrikasından digər xəbərlər