Yazını böyüt
Yazını kiçilt
Qəbələdə beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında həcmi 8 və 4 litr olan 2 ədəd qaz balonundan çıxan qaz, pəncərə çərçivəsi və 2 ədəd qapı qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.