Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ədalətli qərar qəbul etmirlər - Siyavuş Novruzov

17:10 24.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı ədalətli qərar qəbul etmirlər. 10 ildir Avropa Məhkəmələrində dövlətin xeyrinə bir dənə də olsun qərar qəbul edilməyib. Amma Azərbaycandan hansısa partiya üzvünün müraciətinə dərhal reaksiya verilir.

Bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü Plenar iclasında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

S.Novruzov bildirib kİ, hər hansı müxalifətçinin müraciəti düzdür, düz deyil, bununla bağlı rahat qərar verirlər. Yaxud, Avropa Məhkəməsi hansısa dairədə 15 səsi almayan bir şəxsin müraciəti ilə bağlı qərar verir, amma dövlətin ciddi müraciətlərinə səssiz qalırlar.

“Məsələlərə bu cür yanaşma tərzi insan hüquqlarına yaraşmayan hərəkətlərdir. Məsələn, səhiyyə sahəsində Avropa Məhkəməsinə 10-la müraciət daxil olub. Amma heç bir ilə bağlı qərar vermədilər. Yaxud, bir müxalifət partiyanın müraciətinə dərhal cavab verir və onlara ölkənin hesabından 15, 20 min avro təzminat veriblər. Beynəlxalq təşkilatların bu qərarlarına ciddi şəkildə yanaşmalıyıq. Bununla yanaşı bu qərarların tam ədalətə söykənməsinə etibar eləmirəm”.

Siyasət rubrikasından digər xəbərlər