Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Yaponiyanın Hokkaydo Universitetinin Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin professoru, türkoloq Uyama Tomohiko ilə görüşüb.
Hafta.az xəbər verir ki, görüşdə türkologiya sahəsində tədqiqatların vəziyyəti və qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Türk Akademiyasının Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığını genişləndirmək və birgə layihələr həyata keçirmək imkanları müzakirə edilib.
