Bibiheybət yolu istifadəyə verilib - FOTO

17:19 25.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşməsi haqqında məlumat vermişdik.

Belə ki, sürüşmə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş vermişdi. Nəticədə yolun asfalt qatı sıradan çıxmışdı. Uçqun təxminən 250-300 metrlik ərazidə yaranmışdı. Bir ildən artıq idiki sözügedən ərazidə təmir-bərpa işləri aparılırdı. İndiyə qədər şəhərə daxil olmaq üçün sürücülər alternativ yoldan istifafə edirdilər. Bu şəhər istiqamətində bir qədər sıxlıq yaradırdı. Hər iki istiqamətdə hərəkər edən maşınlar, uçqundan sonra alternativ yolda iki zolaqlı yoldan istifadə edirlər. Artıq bu problem həll olundu.

Yol yenidən təmir edilib, sürücülərin ixtiyarına verildi. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol bu gün açılıb. Bibiheybət yolundan giriş-çıxış bərpa olunub. Yolun tikintisində uçmuş ərazilər bərkidilib, beton dirəklər qoyulub. Betonlama işləri bütöv uçqun baş vermiş ərazidə aparılıb.