Binədə qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi

14:07 20.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər Binə qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Xətibova Venera Eldost qızını "Lada" markalı minik avtomobili vurub. Qadın hadisə nəticəsində ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Ona açıq kəllə-beyin travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

V.Xətibova hazırda reanimasiya şöbəsində müalicə alır.