Binəqədi rayonunda avtomobildən tapança aşkarlanıb

20:31 12.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında İsmayıllı rayon sakini Z.Mövlanlının idarə etdiyi “KİA” markalı avtomobilə Binəqədi rayonunda baxış keçirdikləri zaman “Retay 84 FS” markalı tapança, beş patron və bir patron darağı aşkarlayaraq götürüblər.

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini N.Əliyevin evində marixuana, çətənə toxumu və müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-63” markalı ov tüfəngi aşkarlanıb.