Yazını böyüt
Yazını kiçilt
Bakıda boya fabrikində güclü yanğın başlayıb.
Hafta.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.
