Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Entoni Blinken Yeni Dehlidə G20 xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransı zamanı deyib ki, Çinin Rusiyaya xüsusi əməliyyatda potensial hərbi yardımı sanksiyaların tətbiqinə gətirib çıxaracaq.
“Əgər Çin Rusiyanın təcavüzünə maddi öldürücü dəstək verməyə və ya sanksiyalardan sistematik şəkildə yan keçməkdə Rusiyaya yardım etməyə başlasa, bu, bizim ölkələrimiz (ABŞ və Çin) üçün ciddi problemə çevriləcək”, - o deyib.
Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar “bunun edildiyini qeyd etmir”, lakin Çinin müvafiq addımların mümkünlüyünü nəzərdən keçirdiyini bilir.