BMT sanksiyaların Suriyadakı humanitar səylərə zərər vurduğunu bildirib

20:46 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Suriyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkədəki humanitar fəaliyyətlərə ziyan vurur. Bunu çərşənbə günü SANA xəbər agentliyinə şərhində BMT-nin Ərəb Respublikasındakı əlaqələndiricisi Mustafa bin əl-Malih deyib.

“Suriyaya qarşı sanksiyalar bu ölkədə həyata keçirilən humanitar fəaliyyətlərə zərbə vurmaqla yanaşı, zəlzələdən zərər çəkənlərə milyonlarla dollarlıq maddi yardımın axınına da mane olur.

Oxunma sayı 62