BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya hücumunu pisləyib

23:55 11.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini vurğulayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

"Təhlükəsizlik Şurasının üzvləri əsas vasitəçinin evi olan Dohaya 9 sentyabr hücumlarını pisləyib. Onlar insanların həlak olmaslı ilə bağlı dərin təəssüflərini bildiriblər", - deyə qeyd edilib.

Bildirilib ki, onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.