Borrel Azərbaycanın delimitasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifini dəstəkləyib

23:23 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Brüssel bu ayın sonuna qədər “sərhəd komissiyası”nın iclasını keçirmək istiqamətində çalışır.

Hafta.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik", - deyə J.Borrel qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.

Siyasət rubrikasından digər xəbərlər