Britaniya Ukraynaya daha çox uzaqmənzilli silahlar verməyi təklif edəcək

13:24 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Ukraynaya daha çox uzaqmənzilli silahlar verməyi təklif edəcək. Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak fevralın 8-də Ukrayna prezidenti Vladimir Zelenskinin Londona səfəri zamanı açıqlamaq niyyətindədir.

"Baş nazir, həmçinin Ukraynaya daha çox uzaqmənzilli imkanlar təqdim etməyi təklif edəcək", - Böyük Britaniya Baş Nazirinin ofisinin bəyanatında deyilir.

O, həmçinin qeyd edir ki, bu addımın məqsədləri Rusiyanın Ukrayna hədəflərinə zərbə endirmək qabiliyyətini pozmaq və “Ukrayna cəbhələrində” təzyiqi azaltmağa kömək etməkdir.

Böyük Britaniyanın Ukraynaya hansı silahları tədarük etmək niyyətində olduğu açıqlanmır.

Oxunma sayı 66