Bu erməni Azərbaycanın tərkibində “Qarabağın qubernatoru” olmağa razıdır

22:30 09.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Samvel Babayan Azərbaycanla inteqrasiyaya hazırdır, o, “Qarabağın qubernatorunun özü olacağını” açıq şəkildə bəyan edib.

Hafta.az xəbər verir ki,  Ermənistanın tert.am nəşrinin yaydığı məlumata görə, bu fikirləri media eksperti Tiqran Köçəryan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində deyib.

“Arayik Arutyunyan öz bəayanatı ilə overton pəncərəsini açdı. O, Qarabağın müstəqilliyini(dırnaqarası-S.L.) şübhə altına aldı. Onun Azərbaycanla inteqrasiyaya razı ola biləcək hansı qüvvədən danışdığı aydındır. Söhbət 70-80 gün ərzində gözlənilmədən Qarabağda peyda olan Samvel Babayandan gedir. O,  ictimai söhbətlərdən birində bəyan edib ki, onun üçün Kaşen(Dəmirli-S.L.) mədəninə Azərbaycan və ya Türkiyə şirkətinin sərmayə qoymasının heç bir əhəmiyyəti yoxdur.

Bu, Arayiki yoldan çıxarmaq üçün İrəvanın diktə etdiyi oyundur. Və Babayan isə açıq şəkildə deyir ki, inteqrasiyaya hazırdır, görünür qubernator statusunda olacaq. Halbuki Qarabağın müstəqilliyinə şübhə edən şəxs həbs edilməli və ya Qarabağdan qovulmalı idi”, - deyə media eksperti bildirib.

Siyasət rubrikasından digər xəbərlər