Bu günədək Ukrayna limanlarından 6 milyon ton məhsul daşınıb

17:45 04.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq səyləri nəticəsində yaratdığı “taxıl dəhlizi” ilə daşınan taxılın həcmi 6 milyon tonu keçib.

Hafta.az-ın yazdığına görə, İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin 27 iyulda fəaliyyətə başlaması ilə ilk gəmi 1 avqust 2022-ci ildə Ukraynanın Odessa limanından yola salınıb. Bu günədək Ukrayna limanlarından 260 gəmi çıxıb və daşınan taxılın həcmi 6 milyon tonu ötüb.

Qarğıdalı, buğda, günəbaxan unu, günəbaxan yağı, şəkər çuğunduru, soya, noxud və arpa kimi ərzaq məhsulları gəmilərlə daşınır. Həmçinin bildirilib ki, bu gün Ukrayna limanlarından daha 8 gəmi yola düşüb.

Oxunma sayı 1637