Bu ölkə də Ukraynaya tanklar göndərəcək

21:30 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Lissabon alman Leopard 2 tanklarını Kiyevə təhvil verəcək.Portuqaliyanın baş naziri Antonio Kosta planlaşdırılan tədarükləri açıqlayıb, onun sözlərini Correio da Manha sitat gətirib.

"Hazırda biz "Leopard 2" tanklarının bərpası və texniki xidmət planını həyata keçiririk. Bu planın icrasına uyğun olaraq, qarşıdakı mart ayında onlardan üçünü göndərə biləcəyik", - o bildirib.

Bundan əvvəl daha bir Avropa ölkəsi Ukraynaya Leopard 2 tanklarının çatdırılmasını planlaşdırmışdı. Xüsusilə, Almaniya hakimiyyəti 2023-cü ilin ilk dörd ayında hərbi texnika göndərmək istəyir.

Oxunma sayı 81