Bu proseslərlə Azərbaycanı qorxutmaq olmaz - Açıqlama

14:58 29.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident Azərbaycanda yeni siyasi konfiqurasiyanın cizgilərini cızdı. Buna uyğun olaraq  Prezident Aparatında qanunverici orqanla və siyasi partiyalarla iş üzrə şöbə yarandı. Bundan sonra ölkədə siyasi dialoqun qurulması ilə bağlı ciddi addımlar atıldı. Azərbaycan tarixində heç vaxt olmayan bütün siyasi partiyaların bir amal uğrunda birləşməsi və vahid cəbhədən iştirak etməsi ilə bağlı siyasi bəyanat imzalandı. Elə mövzular var ki, siyasi fəaliyyətindən asılı olmayaraq, hamı bir yerdə olmalıdır. Bu mövzu Vətən toraq, dövlət,  ölkənin təhlükəsizliyi, sərhədlrimizin toxunulmazlığıdır, xarici siyasəti, xaricdə olan təsirlərlə bağlı birləşməkdir.  Bütün bu mövzular siyasi əqidəsindən asılı olmayaraq, insanların bir yerdə olmasını vacib  edən məqamlardır.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Prezidentin irəli sürdüyü ideyalar müstəvisində bu konfiqurasiya formalaşıb. Biz bunu Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubleyi ilə bağlı keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların həmin tədbirdə iştirak etməsi və YAP-a təqdim olunan təbrik məktublarında görə bilirik:

“Eyni zamanda siyasi partiyaların birlikdə işğaldan azad olunan ərazilərə səfərləri, bəzi tədbirlərdə Azərbaycana qarşı atılan addımlarda siyasi bəyanatların verilməsi, konfiqurasiyanın nümunələri kimi qiymətləndirilməlidir. Bu davamlı olmalıdır. Bizim uğurlarımza sevinməyən qüvvələr var. Bu gün qonşularımızda baş verən hadisələr, ölkəmizə qarşı olan müdaxilələr təbii ki, bütün siyasi partiyalar tərəfindən pislənməlidir və pislənir.

Bu fonda Azərbaycanın hüquq-müafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində ortaya çıxan neqativlər çox təəssüf doğurur. Burada digər mənalar axtarmaq lazım deyil. O insanların içərisində maddi imkanları yaxşı olanlar var.  Bu insanlar belə addımlar atmaqda maddi çətinlikəri önə gətrə bilməzlər. Bu insanlar kimlərinsə vasitəsilə yoldan çıxarılıb, xəyanatə imza atmış insanlarıdr.  Bu insanlara yazıqlar olsun.

Qonşu dövlət anlamalıdır ki, bu proseslərlə Azərbaycanı qorxutmaq olmaz. Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil ki, onunla bu dildə danışsınlar. Azərbaycan inkişaf etmiş, torpaqlarını azad etmiş, Ordusunu Avropa, NATO standartlarına uyğun 50 ordu sırasına çıxarmış, iqisadiyyatını  dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxartmış, xalqı tərəfindən dəstəklənən liderə sahib, bütün torpqlara hakim olan qalib ölkədir. Azərbaycanda yaşayan bütün xalqlar dinindən, dilindən, etiqadından asılı olmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevi dəsyəkləyirlər. Azərbaycanda xalq-iqtidar birliyi var. Bu birlik təbii ki, bizim ən böyük gücümüzdür”.

Oxunma sayı 1576