Cəlilabad sakinini ildırım vurub

23:00 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib. Belə ki, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlu əkin sahəsində təsərrüfatla məşğul olarkən onu ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.