Cəmi 20 gün yaşayan lalələr - kim qoparsa 10 min manat cərimələnəcək

09:15 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Şırnak vilayəti Beytüşşəbap və Uludərə rayonlarında yazın gəlişi ilə 20 gün ömrü olan tərs çevrilmiş lalələr çiçək açıb.

Hafta.az-ın yazdığına görə, 12 ayda cəmi 20 gün canlı qala bilən çiçəklər açıqca kimi görüntülər yaradıb. Məlum olub ki, başıaşağı lalələrin qoparılması və bioloji müxtəlifliyin məhv edilməsinə görə 109593 lirə (təxminən 10 min manat) inzibati cərimə tətbiq olunacaq.

Sözügedən lalələr Şırnakla yanaşı Hakkari və Van bölgələrində xüsusi səylə yetişdirilməkdədir. Çiçəklərin Şırnakın simvolu halına gəldiyini deyən ekoloq Yılmaz Gükçəyə görə, onları qoparanları ağır cərimə gözlədiyindən heç kim bu səhvi etmir.

"İlin 20 günü yaşayan tərs çevrilmiş lalə çiçəkləri Hakkari və Şırnak bölgələrində böyüyür. Baharın gəlişi ilə çiçək açır və 20 gün sonra quruyurlar", - deyib ekoloq.