Ceyhun Bayramov belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib

20:23 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Hafta.az xəbər verir ki, XİN rəhbəri bununla bağlı “Twitter“də paylaşım edib.

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda deyilir.

Oxunma sayı 2952
Siyasət rubrikasından digər xəbərlər