Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

19:57 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Dalhan Kıdırali ilə görüşüb.

XİN-in Mətuat Xidməti idarəsindən hafta.az-a verilən məlumata görə, Dalhan Kıdırali Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı təbriklərini bildirib.

O, Bəyannamədə Beynəlxalq Türk Akademiyasının adının da əks olunduğunu böyük məmnuniyyətlə qeyd edib.

D.Kıdırali Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı kitabların dərc edildiyi barədə məlumat verib. O, "Qafqazlarda türklüyün izi" layihəsi çərçivəsində çap edilən atlas kitabın nüsxəsini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib. Nazir qarşı tərəfə azad edilmiş ərazilərdəki vəziyyət, geniş miqyaslı dağıntılar ilə bağlı məlumat verib. O, Heydər Əliyev Fondunun dərc etdirdiyi Qarabağ ilə bağlı kitabı qarşı tərəfə təqdim edərək, xüsusilə azad edilmiş ərazilərdə tarixi, mədəni irsə vurulmuş ziyana diqqəti cəlb edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxunma sayı 715
Siyasət rubrikasından digər xəbərlər