Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb

14:32 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cenevrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter" hesabında bildirib.

Azərbaycanlı nazir isveçrəli həmkarını oktyabrın 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş barədə məlumatlandırıb:

"Mən İsveçrəyə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, bu görüş regionumuzda sülhə təkan verəcək".

Oxunma sayı 1456
Siyasət rubrikasından digər xəbərlər