Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib

10:36 05.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə hafta.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Siyasət rubrikasından digər xəbərlər