Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonla danışıb

20:39 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

13 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən hafta.az-a bildirilib ki, nazir Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Siyasət rubrikasından digər xəbərlər