Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.
***
Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.