Çinli iş adamları müəmmalı şəkildə YOXA ÇIXIRLAR

13:35 10.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müştəriləri arasında “Tencent”, “Alibaba” və “Baidu” kimi internet nəhənglərinin də olduğu və Çinin texnologiya sənayesinin ən önəmli adlarından olan China Renaissance Holdings-in qurucusu milyarder Bao Fan ötən ay yoxa çıxıb.

Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, Baonun yoxa çıxması şirkətin "Çin Xalq Respublikasında bəzi səlahiyyətlilər tərəfindən aparılan istintaqla əməkdaşlıq etdiyini" elan etməsindən bir neçə gün əvvəl baş verib. Hələlik istintaqı hökumətin hansı qolunun aparması və bunun nə ilə bağlı olması, eləcə də onun Bao ilə hansı bağlarının olması barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, hökumət əleyhinə nümayişlərdə və ya insan haqları aksiyalarında iştirak etdikdən sonra yoxa çıxan Çin vətəndaşları da var, baxmayaraq ki, onlar milyarderlər qədər diqqət çəkmirlər.

Çinin ən yüksək qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Konqresi (UXK) illik plenar iclasını keçirib və bu iclasda büdcə də müzakirə edilib, Çinin maliyyə tənzimləmə sistemində son illərin ən böyük dəyişikliyi elan edilib. Müvafiq olaraq, bir çox maliyyə sektorunu izləmək üçün yeni tənzimləyici orqan yaradılacaq. Səlahiyyətlilər, bu təcrübənin Çin iqtisadiyyatına müxtəlif rakurslardan nəzarət edən bir çox qurumun yaratdığı trilyonlarla dollarlıq boşluqları bağlayacağını söyləyib.

Təkcə 2015-ci ildə İngiltərə Premyer Liqa futbol komandası “Wolverhampton Wanderers”in sahibi olan Fosun İnternational-ın sədri Quo Guangçang da daxil olmaqla ən azı beş yüksək səviyyəli menecer yoxa çıxıb.

Guo dekabr ayında itkin düşüb. Yenidən peyda olandan sonra isə şirkəti onun araşdırmalara kömək etdiyini açıqlayıb.

İki il sonra Çin əsilli kanadalı iş adamı Xiao Jianhua Honq-Konqdakı lüks oteldən aparılıb. O, Çinin ən zəngin adamlarından biri idi və ötən il korrupsiya ittihamı ilə həbs edilib.

2020-ci ilin mart ayında daşınmaz əmlak maqnatı Ren Zhiqiang, Xi Jinping-i pandemiyaya qarşı mübarizə üsulu ilə bağlı "təlxək" adlandırdıqdan sonra yoxa çıxıb. Növbəti il, bir günlük məhkəmədən sonra, Ren də korrupsiya ittihamı ilə 18 il həbs cəzasına məhkum edilib.

İtkin düşən ən güclü şəxs “Alibaba”nın qurucusu milyarder Cek Ma olub. Çinin o zamankı ən varlı adamı olan Ma, 2020-ci ilin sonunda ölkənin maliyyə nəzarətini tənqid etdikdən sonra yoxa çıxıb. O, “İctimai Rifah” fonduna 10 milyard dollar bağışlamasına baxmayaraq, iki ildən çoxdur ki, Çində görünmür. O, heç bir cinayətə görə cəzalandırılmayıb.

Son aylar Yaponiya, Tailand və Avstraliyada görüldüyü bildirilsə də, Manın harada olduğu bilinmir.

Çin rəsmiləri israr edirlər ki, ölkənin ən varlı adamlarına qarşı atılan bütün addımların qanuni əsasları var. Onlar da tez-tez deyirlər ki, korrupsiyanın kökünü kəsəcəklər. Amma bu hərəkətlər həm də hazırda dünyanın ən böyük iqtisadiyyatı olan ölkənin liberallaşma mühitinə ziddir. Bu liberallaşma təşəbbüsü həm də böyük sərvətə və böyük gücə malik multi-milyarderlər nəslinin yaradılmasına kömək edir.

Siyasət rubrikasından digər xəbərlər