COVID-19 pasportunun tətbiq edildiyi ölkələr - Araşdırma

14:19 28.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Azərbaycanda iyun ayının 10-dan etibarən COVID-19 pasportunun tətbiqi planlaşdırılır. Belə ki, bu pasportların ilk olaraq  iyunun 10-dan bərpa ediləcək idman sağlamlıq obyektlərinin xidmətlərindən istifadə çərçivəsində tətbiq edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə, yəni, iyulun 1-dən etibarən isə COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi iş və xidmət sahələrində qüvvəyə minəcək. Hökümətin qərarına görə, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.

Bəs, görəsən, hazırda hansı ölkələrdə “COVID-19” pasportu tətbiq edilir? Bununla bağlı hansı güzəştlər var?

Qeyd edək ki, peyvənd pasportunun tətbiqi fikri ötən aylarda Avropa Dərman Agentliyi tərəfindən qaldırılmışdı. Bununla bağlı ayrı-ayrı ölkələr də düşüncələrini çatdırmışdılar. Avropa Birliyi tərəfindən hazırlanan peyvənd pasportunda yalnız Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş peyvəndlərin qəbul ediləcəyi bildirildi. Artıq Avropa Parlamentinin Mülki Azadlıqlar Komitəsi Avropa İttifaqı sərhədləri daxilində səyahətlərdə istifadəsi planlaşdırılan koronavirus vaksini sertifikatının təşkilini təsdiqləyib. Bu günlərdə Brüsseldə toplanan komitə üzvü olan millət vəkilləri Aİ vətəndaşları üçün vaksin sertifikatı məsələsini 52 “hə”, 13 “yox” və üç bitərəf səslə, üçüncü ölkə vətəndaşları üçün vaksin sertifikatını isə 53 “hə”, 10 “yox” və beş bitərəflə qəbul edib. İyulun 1-dən qüvvəyə minəcək sertifikat pulsuz olacaq. Sertifikat rəqəmsal və ya kağız olaraq hazırlanacaq. Ayrı-seçkiliyin qarşısını almaq üçün vaksinasiyadan keçməyənlər də sertifikatla təmin ediləcəklər. Sertifikat şəxslərin koronavirus peyvəndləməsindən keçib-keçmədiyini, keçibsə, harada və hansı vaksini vurdurduğunu, xəstəliyi keçirənlərin sağaldığını və antitel səviyyəsini, eləcə də, COVID-19 test nəticəsini göstərəcək.Vaksin sertifikatı bütün Aİ ölkələri, eləcə də, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə keçərli olacaq. Sözügedən sertifikat 7-10 iyunda keçiriləcək Avropa Parlamenti Baş Assambleyasının iclasında təsdiqlənəcək.

Yeri gəlmişkən, Avropa Birliyinə üzv dövlətlər məclislərində peyvənd pasportu qərarlarını bir-bir təsdiqlədikləri halda, Fransa Milli Məclisi peyvənd pasportu qanununu əvvəlcə rədd edib.

Amma Fransa prezidenti Macronun işə girməsi və tədbirləri əvvəlcədən dayandıracağına dair söz verildikdən sonra yeni bir səsvermə keçirilib və qanun qəbul edilib. Qanuna görə, peyvənd pasportunda həm aşı olanların, həm də onu aparanların səyahət, futbol matçları, alış-veriş, konsertlər, filmlər, teatr və digər təşəbbüslərdən faydalanacağı qeyd edilir.

Alman Parlamenti də bu yaxınlarda peyvənd pasportu ilə bağlı qanunvericiliyi təsdiqləyib. Qanuna görə, bu pasportu əldə edənlər əylənləcə məkanlarına, konsert salonlarına, kinoteatrlara, restonlara sərbəst daxil ola bilərlər.

Bəzi ölkələr pilot olaraq peyvənd pasportunu sınaqdan keçirməyə də başlayıblar. Məsələn, İsrailin hazırda 'yaşıl pasport' adlı rəqəmsal pasport tətbiqi var və bu sənəd hökumət tərəfindən aşılanmış insanlara verilir. Bu sənədə malik şəxslərin istənilən yerdə maskasız hərəkəti sərbəstdir. İngiltərədə isə pilot olaraq tətbiq olunan layihəyə əsasən, COVID pasportlu vətəndaşlar əyləncə məkanlarına, barlara, restoranlara, futbol maçlarına məhdudiyyətsiz gedə bilərlər. Bununla bağlı başqa bir nümunə isə ABŞ-da olacaq. Washington Post qəzetinin yazdığına görə, Biden rəhbərliyi peyvənd pasportu üçün planlara başlayıb.

Onu da qeyd edək ki, Avropa Birliyinin qərarı təsdiqini gözləyərkən bəzi ölkələr peyvənd olunmuş ziyarətçiləri bir sənədlə sübut etdikləri halda karantin olmadan qəbul etməyə başlayıblar. Məsələn, Mərkəzi Amerikaya daxil olan Qərbi Hindistanın şimal-şərq sərhədini təşkil edən Karib dənizindəki bir ada ölkəsi olan Bahamalar, aşılanan turistləri PCR testindən azad edir. Bahamalar, PfizerBioNTech, Moderna, Johnson & Johnson və AstraZeneca tərəfindən edilən peyvəndləri qəbul edir. Barbados da isə peyvənd olunmuş sərnişinlər üçün karantin 8 May tarixindən etibarən 2 günə endirilib. Həm də 18 yaşınadək uşaqları aşılanmış valideynlərlə səyahət edərkən məhdudiyyətlərdən azad edir. Aşılanmamış yoldaşları ilə səyahət edən aşılanmış turistlər birlikdə qalmağı seçsələr bir həftə və ya daha uzun müddət karantin altındadırlar. Digər bir Karib ölkəsi olan Qrenadaya getmək istəyənlərdən mənfi bir PCR testi tələb olunur. Aşılanan turistlərin karantin müddəti bir həftədən iki günə endirilib.

11 May tarixindən etibarən Havay sakinləri Havayda peyvənd edildikləri təqdirdə COVID-19 testi və ya karantin olmadan adalar arasında səyahət edə bilirlər.

Ştatın bu yayda ABŞ materikindən peyvənd olunmuş sərnişinlər üçün giriş tələblərini rahatlaşdıracağı gözlənilir.

Xorvatiyada aşılanmış, keçmişdə COVID-19 almış və ya mənfi bir PCR testi keçirmiş şəxslərin özlərini karantinaya almasına ehtiyac yoxdur.

Bu tələbləri yerinə yetirə bilməyənlər ölkəyə girdikdən sonra 10 gün ərzində özlərini karantinaya almalıdırlar. Bundan əlavə, Şengen ərazisindən xaricdən gələn turistlərin Xorvatiyaya daxil olmaq üçün yaşayış sənədlərini göstərmələri tələb olunur. Estoniya, son altı ayda COVID-19 və ya koronavirus əleyhinə peyvənd edilmiş səyahətçilərə sınaqlardan və 10 günlük karantinlərdən yayınmağa imkan verir. Peyvənd pasportu və ya sertifikatı göstərilməklə məhdudiyyətlərdən azad edilir. Yaşayış və ya getmə ölkəsində təsdiqlənmiş aşılar qəbul edilir.

Peyvənd olunmuş sərnişinlər qonşu Gürcüstana daxil olmaq üçün iki şərti yerinə yetirməlidirlər. Birincisi, ölkəyə hava yolu ilə daxil olmaları, ikincisi isə son 14 gündə Hindistanda olmamalarıdır. Çünki Hindistanda xəstələrin sayı 400 mini keçib.

Yunanıstan, ölkələrinə gələrkən mənfi bir PCR testi və ya peyvənd sertifikatı təqdim edən səyahətçiləri qəbul edir.

Rusiya və Çin kimi təsdiqlənməmiş peyvəndləri də qəbul edir. Bununla birlikdə, yalnız Avropa, Amerika Birləşmiş Ştatları, İngiltərə, İsrail, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Tayland, Ruanda, Sinqapur və Rusiyada yaşayan sakinlər karantinadan azaddırlar.

İslandiyaya peyvənd olunmuş turistlər və Coviddən sağalanlar gəlişində bir PCR testi alsalar karantin tətbiq edilməyəcək.

Ancaq Çin və Rusiyada istehsal olunan peyvəndlər qəbul edilmir. Monteneqroya isə turistlər 72 saat ərzində peyvənd və ya mənfi bir PCR testi göstərdikləri təqdirdə girə bilərlər. Bundan əlavə, virusdan sağ qalanlar məhdudiyyətlərdən azaddırlar. Yerli sakinlər və ruslar testə ehtiyac duymurlar.

Aşılanmış sərnişinlər AB ölkələri, İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə, Gürcüstan, Yaponiya, Kanada, Yeni Zelandiya, Tayland, Cənubi Koreya, Tunis, İsrail və Avstraliyadan gəlsələr, Polşanın 10 günlük karantinasından xilas ola bilərlər. Yalnız AB-də təsdiqlənmiş peyvəndlər qəbul edilir. Sloveniyaya daxil olan turistlər, Rusiya və Çin istehsalı olanlar da daxil olmaqla peyvənd sübutlarını təqdim edərək 10 günlük karantinadan azad ola bilərlər. Maldivlərdə isə peyvəndlənmiş sərnişinlər üçün COVID testi tələb olunmur, lakin peyvənd olunmamış uşaqlardan test tələb olunur.

Oxunma sayı 3405