Çoxmərtəbəli binada yanğın

09:21 23.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda tikintisi başa çatmayan çoxmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan taxta konstruksiyalardan ibarət otaq (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 6 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.