Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyi Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, avqustun 31-də saat 20 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində Aşağı Ağcakənd qəsəbə sakini Samin Xanlarov idarə etdiyi “AzSamand” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində, sərnişini olan həmyerlisi Əli Məmmədov isə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.