DİN orqanlarında çalışan qadınların sayı açıqlanıb

14:39 15.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi orqanlarında xidmət edən əməkdaşların 10%-nı və ya 3938 (üç min doqquz yüz otuz səkkiz) nəfərini qadınlar təşkil edir.

Hafta.az-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında deyilir.

Onlardan 72-si rəhbər vəzifələrdə çalışır. Həmçinin 2020-ci ildə Daxili İşlər Nazirliyində xidmət edən qadın əməkdaşların sayı 2658 nəfər təşkil edirdisə, 2021-ci ildə bu rəqəm artaraq 3938-ə çatmışdır, bu isə 48,2% artım deməkdir.