Daha 117 ha ərazi minalardan təmizlənib

14:04 05.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, noyabrın 28-dən dekabrın 3-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 4 piyada əleyhinə mina, 52 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 117 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Oxunma sayı 1939