Daha 271 hektar ərazi minadan təmizlənib

16:38 12.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 321 hektar ərazini minadan təmizləyib.

ANAMA-dan bazar ertəsi hafta.az-a verilən məlumata görə, dekabrın 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 3 mina və 47 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

271 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.