Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 168 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 284 nəfərdir. Ölkədə son sutka ərzində 1802, hazırkı dövrədək isə 7 367 419 test aparılıb.