Daha 45 nəfər yoluxub

19:41 30.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, İndiyədək ölkədə ümumilikdə 823 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 982 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1718, bu günə qədər isə ümumilikdə 7 milyon 319 min 300 test icra olunub.