Daha bir marşrut xətti “BakıKart”a keçir

17:37 24.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahdan Bakıda 184 nömrəli marşrut xətti (“Ulduz” m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Hafta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məluamt yayıb.

 

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.